Sektorlar

Zəyəm Texnologiyalar Parkı (ZTP) sifariş əsasında, təyinatından asılı olmayaraq sənayenin müxtəlif sahələri (hasilat sənayesi, maşınqayırma sənayesi, neft-qaz emalı sənayesi, ağır və yüngül sənaye və s.) eləcə də, yol-nəqliiyat infrastrukturu, inşaat və kənd təsərrütaının müxtəlif sahələri üçün məmulatların istehsalı ilə məşğuldur.

İnşaat və İnfrastruktur ztp.az

İnşaat və İnfrastruktur

Zəyəm Texnologiyalar Parkında müxtəlif təyinatlı inşaat sahələri (bina fasadları, zavod və fabriklər, piyada keçidləri və s.) üçün müxtəlif həcmli konstruksyaların, kalonların, dayaqların, beton qəliblərin istehsalı və montajı ilə məşğuldur.
Neft və Qaz ztp.az

Neft və Qaz

Zəyəm Texnologiyalar Parkında neft-qaz sənayesi üçün yüksək işçi təzyiq altında işləmək imkanına malik müxtəlif ölçülü seperatorlar və çənlər istehsal edilir.
Kənd Təsərrüfatı ztp.az

Kənd Təsərrüfatı

Zəyəm Texnologiyalar Parkında kənd təsərrüfatında istifadə olunan müxtəlif tip qoşqular (4, 6, 10 tonluq) və kotanlar, istixana ləvazimatları, müxtəlif kənd təsərrüfatı avadanlıqları və onların ehtiyyat hissələri istehsal edilir.
Maşınqayırma ztp.az

Maşınqayırma

Zəyəm Texnologiyalar Parkında maşınqayırma sənayesinin müxtəlif sahələrində istifadə olunan maşın və avadanlıqların mürəkkəb konfiqurasilalı detallarının-dişli çarxlar, vallar, muftalar, mürəkkəb təyinatlı avadanlıq və mexanizmlər istehsal edilir.
Nəqliyyat-Yükləmə

Nəqliyyat-Yükləmə

Zəyəm Texnologiyalar Parkında müxtəlif ağırlıq qaldırma gücündə (5, 10, 20 və 30 tonluq) kranlar istehsal edilir və quraşdırılır.
-->