- Ana səhifə
- İstehsal
İstehsal
Qəlib İstehsalı
Müəssiənin Dəqiqi Emal Zavodunda CNC sahəsində təzyiq altında tökmə qəlibləri möhkəm və dayanıqlı poladdan hazırlanır. Sürtünən səthlərin dayanıqlığını artırmaq üçün qəlib detalları azotlaşdırılır ki, nəticədə məmulatlarımızın istismar müddəti dəfələrlə artmış olur. Alüminium ərintidən hazırlanan şişirtmə qəlibləri yüksək keyfiyyəti ilə seçilir. Müştəri verdiyi sifarişin icrasında bilavasitə iştirak edir və dəyişikliklər edə bilir.Qəlib İstehsalı
Konteyner İstehsalı
Müəssisəmizdə hər ay 300-dən çox müxtəlif ölçülü konteynerləri istehsal etmək gücündəyik. Müəssisəmizdə 1 metr uzunluğundan 12 metr uzunluğuna, 4 metr eninə kimi müxtəlif növ daşına bilən və yerində qurulan konteynerlər istehsal edirik. Bizim konteynerlərdən siz yalnız ofis üçün yox, eləcə də yataqxana, yeməkxana, sanitar qovşaq, anbar, tibb məntəqəsi, telekommunikasiya qovşağı kimi də yararlana bilərsiniz.Konteyner İstehsalı
