ZTP "Rebuild Karabakh" Sərgisində Sənaye Potensialını Nümayiş Etdirdi


Azmade Group-un Törəmə Şirkəti Olan Zəyəm Texnologiyalar Parkı (ZTP) "Rebuild Karabakh" Sərgisində Sənaye Potensialını Nümayiş Etdirdi

Qarabağın bərpası və yenidənqurulmasında mühüm rol oynayan "Rebuild Karabakh" sərgisində Azmade Group-un törəmə şirkəti olan Zəyəm Texnologiyalar Parkı (ZTP) öz stendi ilə ağır sənaye və metal emalı sektorunun diqqət mərkəzində oldu. Sərgi boyunca stendimizi ziyarət edən mühəndislər, podratçı şirkətlərin rəhbərləri və sahə mütəxəssisləri ZTP-nin geniş istehsal imkanları və texnoloji potensialı ilə tanış olaraq böyük maraq göstərdilər.

Rəsmi Qonaqlar Və Sənaye Mütəxəssisləri ZTP Stendində

Sərgi çərçivəsində dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, xüsusi nümayəndəliklərin əməkdaşları və sənaye müəssisələrinin rəhbər heyəti stendimizi ziyarət etdilər. Azmade Group İdarə Heyətinin sədri Emruz İsgəndərov da şəxsən sərgidə iştirak edərək rəsmi qonaqlarla görüşlər keçirdi.

Stendimizdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının aparıcı məsləhətçisi (Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi) və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyin baş məsləhətçisi kimi dəyərli ziyarətçilərə ZTP-nin istehsal gücü və azad edilmiş ərazilərdəki infrastruktur layihələri üçün strateji əhəmiyyəti haqqında ətraflı məlumat verildi.

Qeyri-Standart Ölçülərdə İstehsalat Və Ağır Sənaye Həlləri

Zəyəm Texnologiyalar Parkının nümayiş etdirdiyi mühəndislik və istehsalat imkanları sənaye mütəxəssislərinin xüsusi diqqətini cəlb etdi. Standart məhsul xəttindən əlavə, şirkətimizin fərdi layihələrə uyğun çevik istehsal qabiliyyəti yüksək qiymətləndirildi:

Qeyri-Standart Ölçülərdə Metal Konstruksiyalar: Müştəri tələblərinə və layihə spesiikasiyalarına uyğun olaraq istənilən mürəkkəblikdə və qeyri-standart ölçülərdə metal karkasların və konstruksiyaların yüksək dəqiqliklə hazırlanması müəssisələrin böyük marağına səbəb oldu.

Xüsusi Çənlər Və Sənaye Avadanlıqları: Müxtəlif tutumlu çənlərin, bunkerlərin və sənaye obyektləri üçün nəzərdə tutulmuş xüsusi çən qurğularının istehsalı imkanları təqdim edildi.

Avadanlıq Ehtiyat Hissələrinin Yüksək Dəqiqliklə Emalı: Ağır texnika və sənaye avadanlıqları üçün mürəkkəb ehtiyat hissələrinin yüksək dəqiqlikli dəzgahlar vasitəsilə hazırlanması və emalı xidmətləri nümayiş olundu.

Ən Yaxşı Korporativ Üslub Və Yerli İstehsalatla Qürur Hissi

Azmade Group çətiri altında fəaliyyət göstərən Zəyəm Texnologiyalar Parkının konseptual yanaşması və müasir stend dizaynı sərginin yekununda ən yaxşı korporativ üsluba uyğun stend adına layiq görüldü. Stendimizdə zavodumuzun istehsal miqyasını, keyfiyyət standartlarını və texnoloji imkanlarını görən hər bir ziyarətçi Azərbaycanda bu səviyyədə ağır sənaye potensialının olmasından dərin fəxarət hissi duyduqlarını bildirdilər.

Qarabağın Yenidən Qurulmasında ZTP Etibarlı Tərəfdaşdır

Azmade Group-un törəmə şirkəti olan ZTP olaraq əsas hədəfimiz azad edilmiş torpaqlarımızda aparılan iri miqyaslı tikinti, sənaye və infrastruktur layihələrində keyfiyyətli metal konstruksiyalar və mühəndislik həlləri ilə yaxından iştirak etməkdir. "Rebuild Karabakh" sərgisində qazanılan diqqət və göstərilən etimad bizə gələcək layihələrdə daha böyük addımlar atmaq üçün güclü zəmin yaradır.

-->