HAQQIMIZDA
Zəyəm Texnologiyalar parkının əsası 1962-ci ildə qoyulmuş və Bakı avtomobil ehtiyat hissələri zavodunun filialı kimi fəaliyyətə başlamışdır. Zəyəm Texnologiyalar Parkının inkişaf konsepsiyası — milli sənayenin inkişafı, milli brendlərin yaradılması, regionlarda istehsalın təkmilləşdirilməsi, istehsalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşması, ölkənin ixrac potensialının artırılması, yeni xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsi üzərində qurulmuşdur. Bunun üçün müəssisə ən qabaqcıl istehsal texnologiya və avadanlıqları ilə təchiz edilmiş, peşəkar mütəxəssislər işə cəlb edilmişdir.
BİZİM XİDMƏTLƏRİMİZ VƏ İstehsal
BİZİM Referanslar
BİZİM SEKTORLAR
İnşaat və İnfrastruktur
Zəyəm Texnologiyalar Parkında müxtəlif təyinatlı inşaat sahələri (bina fasadları, zavod və fabriklər, piyada keçidləri və s.) üçün müxtəlif həcmli konstruksyaların, kalonların, dayaqların, beton qəliblərin istehsalı və montajı ilə məşğuldur.
Neft və Qaz
Zəyəm Texnologiyalar Parkında neft-qaz sənayesi üçün yüksək işçi təzyiq altında işləmək imkanına malik müxtəlif ölçülü seperatorlar və çənlər istehsal edilir.
Kənd Təsərrüfatı
Zəyəm Texnologiyalar Parkında kənd təsərrüfatında istifadə olunan müxtəlif tip qoşqular (4, 6, 10 tonluq) və kotanlar, istixana ləvazimatları, müxtəlif kənd təsərrüfatı avadanlıqları və onların ehtiyyat hissələri istehsal edilir.
Maşınqayırma
Zəyəm Texnologiyalar Parkında maşınqayırma sənayesinin müxtəlif sahələrində istifadə olunan maşın və avadanlıqların mürəkkəb konfiqurasilalı detallarının-dişli çarxlar, vallar, muftalar, mürəkkəb təyinatlı avadanlıq və mexanizmlər istehsal edilir.
Nəqliyyat-Yükləmə
Zəyəm Texnologiyalar Parkında müxtəlif ağırlıq qaldırma gücündə (5, 10, 20 və 30 tonluq) kranlar istehsal edilir və quraşdırılır.
BİZİM XƏBƏRLƏRİMİZ
Zəyəm Texnologiyalar Parkından Növbəti Uğur: Cəbrayılda "Azərsun Holding"in törəmə müəssisəsi olan “Sunbeverage” MMC-nin alkoqolsuz içki müəssisəsinin açılışı baş tutub
Böyük layihələrin etibarlı tərəfdaşı olan Zəyəm Texnologiyalar Parkı (ZTP) ölkə sənayesinin inkişafında növbəti uğuruna imza atdı. İşğaldan...