29 Okt 2023

“Badam emalı zavodu”nun tikintisi vaxtından əvvəl təhvil verilib.

Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən “AzBadam” MMC-yə məxsus “Badam emalı zavodu”nun tikinti-quraşdırması, metal konstruksiyası zavodda istehsal olunmaqla, ZTP tərəfindən həyata keçirilmişdir. “Badam emalı zavodu”-nun 113 metr uzunluğu, 24 metr eni və 13 metr hündürlüyü olan istehsalat sahəsi 2764 m2, 42.7 metr uzunluğu və 48 metr eni olan xammal qəbulu məntəqəsi 2050 m2, 3 mərtəbəli inzibati binanın ümumi sahəsi 313 m2 –dir. Bununla bərabər, 630 m2 köməkçi binalar və 315 m2 su anbarları ZTP tərəfindən inşa olunmuşdur.

“Azbadam” MMC üçün İspaniyanın Borrell şirkətindən idxal olunan emal avadanlıqları ZTP-nin ixtisaslı mütəxəssisləri tərəfindən quraşdırılıb istismara təhvil verilib. İstehsal prosesi ümumilikdə 3 mərhələdən ibarət olmaqla qurutma, qərzəkdən ayırma, yuma, qabıqdan çıxarma, təmizləmə və kalibrləmə kimi funksiyaları həyata keçirən sözügedən avadanlıqların saatlıq istehsal gücü 4 tondur. Eyni zamanda 4 ədəd 50 tonluq xüsusi paramterli çən ZTP mütəxəssisləri tərəfindən uğurla quraşdırılmışdır.

Zəyəm Texnologiyalar Parkı sözügedən bu layihəni planlaşdırılan tarixdən tez başa vurub.