Zəyəm Texnologiyalar parkının əsası 1962-ci ildə qoyulmuş və "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialı kimi fəaliyyətə başlamışdır.

Zəyəm Texnologiyalar Parkının inkişaf konsepsiyası milli sənayenin inkişafı, milli brendlərin yaradılması, regionlarda istehsalın təkmilləşdirilməsi, istehsalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşması eləcədə, ölkənin ixrac potensialının artırılması, yeni xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsi üzərindən qurulmuşdur. Bunun üçün müəssisə ən qabaqcıl istehsal texnologiya və avadanlıqları ilə təchiz edilmiş, peşəkar mütəxəssislər işə cəlb edilmişdir.

Zəyəm Texnologiyalar Parkı müxtəlif növ metal konstruksiyalar o cümlədən fermalar, piyada keçidləri,metal körpü estakadalar,konteynerlər, silolar, çənlər, kalonlar və dayaqlar, bina fasadları üçün çərçivələr, müxtəlif tipli sənaye qəliblər, kənd təsərrüfat aqreqatları ,bina ,tunel,yol tikintisində istifadə olunan texnikalar üçün (kranlar,ekskavatorlar,qreyderlər,buldozerlər) ehtiyat hissələri (vallar,oxlar,dişli çarxlar,muftalar,oymaqlar ) və s. istehsal edir.

Zəyəm Texnologiyalar parkının əsası 1962-ci ildə qoyulmuş və "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialı kimi fəaliyyətə başlamışdır.

1966-ci ildən SSRİ Traktor və Kənd təsərrüfatı Maşınqayırma Nazirliyinin tərkibinə verildikdən sonra STX-30 markalı kartofu anbarlarlara yığıb boşaldan transportyorlar sistemi, CNU markalı çuğundur çıxaranlar, MOS-300 markalı toxumyuyan maşınlar, Balıq mühafizə qurğuları, TXB-20 markalı transportyorlar komplekti, kənd təsərrüfatı malları ehtiyat hissələri istehsal edilmişdir. 30 iyun 2014-cü ildə səhimdarların ümumi yığıncağı zamanı tərtib edilmiş protokola əsasən "Zəyəmkəndmaş" ASC-nin adı "Zəyəm Texnologiyalar Parkı" ASC olaraq dəyişdirilmişdir.

Şirkətimiz daim peşəkar mütəxəssis axtarışındadır. Əgər siz də bizim sıralarımıza qoşulmaq istəyirsinizsə öz CV-nizi hr@ztp.az email ünvanına göndərə bilərsiniz. Bütün müraciətlər İşə Qəbul şöbəsi tərəfindən incələnir və vakansiyalara uyğun namizədlərlə əlaqə yaradılır.