Metal konstruksiya

Bunun üçün müəssisə illik gücü 50 000 min ton polad istehsalına malik metal konstruksiyalar hazırlayan avadanlıqlara sahibdir. Müəssisədə müxtəlif tip metal konstruksiyaların emalı, quraşdırılma və montajı, qumlaması və boyanması prosesi həyata keçirilir.

“Şərq Bazarı, “Xudat Aqropark”, “AzBadam”, “Fındıq Emalı Zavodu”, “Zefir Mall” və s. obyektlərin tikintisi zamanı ZTP-nin hazırladığı yüksək keyfiyyətli metal konstruksiyalardan istifadə edilib.

ZTP-nin metal konstruksiyalar hazırlayan istehsal sahələrində Avropanın, Türkiyənin, Çinin ən müasir avadanlıqlarından istifadə edilir. Bu dəzgahların aşağıda qeyd olunun texniki xüsusiyyətləri vardır:

Müasir “CNC” əymə dəzgahlarında xüsusi tərtibatlardan istifadə etmədən, uzunluğu 12 metrə, qalınlığı 20 mm-ə qədər olan polad vərəqələrin müxtəlif bucaqlar altında əyilməsi mümkündür; Sexdə dəqiq detalların həm torna, həm də frez işləri ilə eyni dəzgahda bir quraşdırma üsulu ilə hazırlanması üçün çox funksiyalı tam avtomat (CNC) torna frez dəzgahları;“Fanuc” idarə sistemli tam avtomat (CNC), şaquli, 3 oxlu emal mərkəzləri;Müxtəlif tipli mürəkkəb silindr və gövdə detalların emalı üçün nəzərdə tutulmuş tam avtomat (CNC) şaquli torna dəzgahı;“Fanuc” idarə sistemli tam avtomat (CNC) çox funksiyalı şaquli torna dəzgahı;NC tipli yarımavtomat dairəvi, üfüqi və daxili cilalayıcı dəzgah;Qalınlığı 10 ÷ 60 mm, eni 2500 mm olan polad vərəqələrin düzəldilməsi üçün rixtovka dəzgahı.

Ağır metalkonstruksiyaların quraşdırılması

Müəssisəsinin illik 8000 tonluq ağır metalkonstruksiya hazırlamaq imkanı var. İstənilən böyüklükdə ferma, zavod, iri həcmli ambarlar kimi sənayə obyektlərinin, həmçinin yaşayış və ofis binaları, stadionlar, ticarət və əyləncə mərkəzləri kimi mülki obyektlərin iri qabaritli ağır tikinti konstruksiyalarının hazırlanması və quraşdırılmasınə nəzərdə tutur. Bundan başqa iri həcmli kvadrat və slindrik eləcədə yüksək təzyiqə davamlı çənlərin hazırlanması, körpü və estakadaların hazırlanması, yüksək gərginlikli elektrik xəttləri üçün dirəklər, bayraq dirəkləri, sütunlar, ildırım ötürücüləri və göydələn tipli dayaqların hazırlanması da ağır metalkonstruksiya xidmətinə aiddir.

Yüngül və mürəkkəb metalkonstruksiyaların quraşdırılması

Tətbiq sahəsi Müəssisədə ferma, zavod, irihəcmli ambarlar kimi sənayə obyektlərinin, həmçinin yaşayış və ofis binaları, stadionlar, ticarət və əyləncə mərkəzləri kimi mülki obyektlərin kiçik qabaritli tikinti konstruksiyalarının və modullarının, pilləkənlərinin hazırlanması və quraşdırılması həyata keçirilir. İş sahəsi 4032 kvadrat metrdir və ildə 12000 ton həcmində konstruksiyalar hazırlamaq imkanı var.

Avtomobil qoşqu və aqreqatlarının istehsalı

ZTP-in MetalKonstruksiya sahəsində göstərdiyi xidmətlərdən biri də Avtomobil qoşqu və aqreqatlarının istehsalıdır. Burada sənayə avtomobillərinin və texnikalarının qoşqu hissələrinin istehsalı və təmiri mümkündür. Hazırda müəssisədə qaldırıcı kran və betonqarışdıran quraşdırılmış maşınlar, müxtəlif həcmli qoşqular və yarımqoşqular istehsal olunur. ZTP-in Avtomobil qoşqusu və avadanlığı üzrə geniş məhsul istehsal etmək imkanı var. Müəssisəmiz hər növ kənd təsərrüfatı və tikinti sənayəsi üçün avtomobil və digər texnikaların təmirini və qoşqu istehsalını reallaşdıra bilir.

Qumlama və boyama

ZTP-nin Mexaniki Emal zavodunun təmizləmə və boya sexində sifarişçinin tələblərindən asılı olaraq tikinti-quraşdırma, maşınqayırma və digər sahələrdə istifadə olunan müxtəlif mürəkkəb dərəcəli metal konstruksiyalar və onların hissələrinin, təzyiqli və təzyiqsiz çənlərin antikorroziya və rənglənmə xidmətləri göstərilir. Sexdə hazırda iki sahə, - qumlama (səthin hazırlanması) və boyama fəaliyyətdədir.

Qumlama prosesində müxtəlif standartlara uyğun aparılır. ZTP-nin qumlama və rənglənmə sexində çirklər metal üzərində sifarişçinin istəyinə uyğun olaraq SA 2 və SA 2.5 standartına uyğun səthin üzərindən təmizlənir. Qumlama prosesi metal qırıntılarıyla (drob), quru qumla (grit), su ilə, alovla, aşındırma yolu ilə, buxarla, əl ilə və ya mexaniki cihazlar vasitəsilə həyata keçirilir. Proses zamanı yüksək ixtisaslı mütəxəssislər skafandr və xüsusi uniforma geyinirlər.

Metal səth qumlama ilə təmizləndikdən sonra çox vaxt itirmədən ilkin mərhələdə astar boyası tətbiq edilir. Çünki əks təqdirdə qısa zamanda metal səthdə oksidləşmə gedir və metal yenidən pas tuta bilər. Tətbiq ediləcək boya da, metalın istismar təyinatına uyğun seçilir. Yüksək istiliyin olduğu yerlərdə başqa, yüksək korroziyaya məruz qalan şəraitdə istifadə ediləcək olan metal üzərinə isə başqa boya tətbiq edilməlidir.