Dəqiq emal - Ehtiyyat hissələri

Zəyəm Texnologiyalar Parkının Dəqiq Emal Zavodu istifadə sahəsindən asılı olmayaraq istənilən növ avadanlıq və onların detallarını istehsal edə bilir. Zavodda Yaponiyanın Mazak şirkətinin torna və dəzgahları quraşdırılıb.

Torna avadanlıqlarımız Ø 51mm, L=130mm kiçiklikdən, Ø 3500mm, L=1800mm böyüklüyünə kimi ölçülərdə olan xammallarda torna əməliyyatlarını aparmaqa imkanları verir.

Frez avadanlıqlarımız isə 3750x10000mm, H=1750mm, 43000kq həcmindən, 1380x750mm, H=600mm, 1200kq həcminə, həmçinin Ø730, H=500mm, 500kq; Ø630mm, H=900mm, 400kq göstəricisi olan xammallarda frez əməliyyatlarını aparmaqa imkanı verir.

Dişli çarxların emalı

Müəssisə asanlıqla müxtəlif ölçülərdə pilləli, şlisli, dişli vallar istehsalını həyata keçirir. Avadanlıqlarımız heç bir çətinlik çəkmədən slindrik, konik, sonsuz vint, Novikov tipli, hipoid və s. dişli çarxların istehsalına imkan yaradır. Burada Amerikanın və Almaniyanın GLEASON şirkətinin diş açma və pardaqlama dəzgahları, test və ölçmə dəzgahları quraşdırılıb. Avadanlığın növündən asılı olaraq Ø1200mm; Ø800mm; Ø600mm; Ø400mm; Ø125/100mm (silindrik), həmçinin Ø1000; Ø600; Ø275 (konik) ölçülərdə olan xammallarda dişli çarxların emalı və pardaqlanma kimi əməliyyatlar aparmaq mümkündür.