8 İyul 2020

ZTP "Şərq Bazarı”nda rekonstruksiya işlərinə başlamışdır.

"Zəyəm Texnologiyalar Parkı" memarlıq abidəsi sayılan "Şərq Bazarı” kompleksin 16 günbəzinin metal konstruksiya hissələrinin təmiri və gücləndirilməsi işlərinə başlamışdır. Sonrakı mərhələdə isə qeyd olunan günbəzlərin daxili və xarici metal konstruksiya hissələrinin hazırlanmasına və quraşdırılmasına başlanılacaqdır. Əlavə olaraq, "Şərq Bazarı” layihəsi daxilində körpü və skylight (tavan pəncərələri) hissələrinin istehsalı və quraşdırılması işləri görüləcək.