17 Noy 2023

ZTP ASC Almaniyaya metal konstruksiyalar ixrac edib.

Almaniya şirkəti ilə bağlanılmış müqaviləyə əsasən, ümumilikdə 110 ton mürəkkəb metal konstruksiyaların hazırlanması ilə bağlı işlərin icrası tamamlanmışdır. Əsasən sənaye sahəsində istifadə olunan avadanlıqların detallarının hazırlanmasını əhatə edən işlər yüksək keyfiyyətlə və vaxtında sifarişçiyə təhvil verilib.
Hazırlanan məhsullar əsasən iri qabaritli bunker və silos tipli aqreqatlardan ibarət olmuşdur. Məhsullar Almaniyanın Wenden bölgəsinə göndərilmişdir.