Haqqımızda


Zəyəm Texnologiyalar parkının əsası 1962-ci ildə qoyulmuş və "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialı kimi fəaliyyətə başlamışdır.

 1966-ci ildən SSRİ Traktor və Kənd təsərrüfatı Maşınqayırma Nazirliyinin tərkibinə verildikdən sonra STX-30 markalı kartofu anbarlarlara yığıb boşaldan transportyorlar sistemi, CNU markalı çuğundur çıxaranlar, MOS-300 markalı toxumyuyan maşınlar, Balıq mühafizə qurğuları, TXB-20 markalı transportyorlar komplekti, kənd təsərrüfatı malları ehtiyat hissələri istehsal edilmişdir.

 30 iyun 2014-cü ildə səhimdarların ümumi yığıncağı zamanı tərtib edilmiş protokola əsasən "Zəyəmkəndmaş" ASC-nin adı "Zəyəm Texnologiyalar Parkı" ASC olaraq dəyişdirilmişdir.

 Bununla yanaşı “Şəmkir Aqroparkı”nda inşa edilən Logistik Mərkəzin tikintisi də Zəyəm Texnologiyalar Parkı–nın iştirakıilə həyata keçirilmişdir.
 Zəyəm Texnologiyalar Parkının inkişaf konsepsiyası ölkənin ixrac potensialının artırılması yəni xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsi, milli brendlərin yaradılması, istehsalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında əhəmiyyətli rol oynayacaq. 

 Zəyəm Texnologiyalar Parkı  müxtəlif növ metal konstruksiyalar o cümlədən fermalar, piyada keçidləri,metal körpü estakadalar,silolar, kalonlar və dayaqlar, bina fasadları üçün çərçivələr, müxtəlif növ beton qəliblər, üç  və dörd gövdəli kotanlar,bina ,tunel,yol tikintisində istifadə olunan texnikalar üçün (kranlar,ekskavatorlar,qreyderlər,buldozerlər) ehtiyat hissələri(vallar,oxlar,dişli çarxlar,muftalar,oymaqlar ) və s. istehsal edir. 

 Zəyəm Texnologiyalar Parkında  istehsal olun məhsullara daim nəzarət etmək üçün müasir standartlara cavab verən və ən müasir laboratoriya avadanlıqları ilə təchiz edilmişdir.

 

 Sosial Məsuliyyət

 Müasirliklə milliliyin vəhdətindən doğan yeni və təhlükəsiz tikililər yaratmaqla Azərbaycanın tikinti tarixində iz qoyan Zəyəm Texnologiyalar Parkının  əsas məqsədi mühüm əhəmiyyətli yerli və regional layihələrdə uğurla iştirak etməklə yanaşı, beynəlxalq miqyaslı inşaat-tikinti bazarında da rəqabətə davamlı transmilli korporasiya kimi fəaliyyətini davam etdirmək və daha da genişləndirməkdir.

Bizim missiyamız infrastruktur, sənaye, neft və qaz, yanacaq və daşınmaz əmlak tikintisi üzrə mühüm işləri həyata keçirmək və gənc nəsillər üçün əmin irs təmin etməkdən ibarətdir.

 

Uğur prinsipimiz

 Bizim prinsiplərimiz təhlükəsizlik, sağlamlıq və ətraf mühit məsələləri kimi həssas mövzulara olan yanaşmamızı tənzimləyir. Eyni zamanda, bu prinsiplər bizə etimad göstərən insanlara göstərdiyimiz münasibəti müəyyən edir.

Rəhbər prinsiplər aşağıdakılardır:

  • Müştərilər, işçilər və ümumilikdə cəmiyyət qarşısında olan öhdəliklərimizin yerinə yetirilməsi;
  • Biznesimizin bütün aspektlərini mükəmməlik və peşəkarlıq səviyyəsinə çatdırılması;
  • Fəaliyyət göstərdiyimiz sahənin bütün aspektlərini öyrənərək davamlı inkişaf yollarının axtarılması;
  • Öz biznesimizi doğru həyata keçirdiyimizdən və qərarları etik çərçivə daxilində qəbul etdiyimizdən əmin olmaq.

 Müxtəlif istiqamətlər üzrə şaxələnmiş və dinamik idarəetmə bacarıqları ilə biz xidmət baxımından işimizin peşəkarlarıyıq.

 Ənənəvi müqavilələrlə bərabər biz proqramlar, əməkdaşlıqlar və yaradılmış birgə müəssisələr əsasında fəaliyyət göstəririk. Sahib olduğumuz strategiya daima dəyişiklərə və yeni ideyalara açıqdır, o cümlədən fəaliyyətin bütün sahələrində ortaq əməkdaşlığa istiqamətlənən yanaşmanı dəstəkləyir

 Zəyəm Texnologiyalar Parkının  Azərbaycan Respublikasının iqtisadi gücünün artırılması, sosial rifahın yaxşılaşdırılması yolunda dövlətin həyata keçirdiyi ardıcıl siyasətə öz dəstəyini verir və bu istiqamətdəki fəaliyyətini bundan sonra da tam gücüylə davam etdirməkdə qərarlıdır