"Zəyəm Texnologiyalar Parkı" memarlıq abidəsi
sayılan "Şərq" bazarında 16 ədəd künbəzlərin metal konstruksiya hissələrinin
təmiri və gücləndirmə işlərinə başlamışdır. Sonrakı mərhələdə isə qeyd olunan
künbəzlərin daxili və xarici metal konstruksiya hissələrinin hazırlanması və
quraşdırılmasına başlanılacaqdır. Əlavə olaraq "Şərq" bazarı layihə daxilində
körpü və skylight hissələrinin istehsalı və quraşdırılma işləri görüləcəkdir.