ZTP səhmlərin emissiya prospekti

ZTP səhmlərin emissiya prospekti

  • Kateqoriya: ZTP
  • tarix 10-09-2021

“Zəyəm Texnologiyalar Parkı” ASC-nin səhmdarlarının 30 aprel 2021-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokoluna əsasən hər birinin nominal dəyəri 1 (bir) manat olan 18.000.000 (on səkkiz milyon) ədəd adi adlı sənədsiz səhmlərin emissiya prospekti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 10 avqust 2021-ci il tarixdə AZ1001003453 qeydiyyat nömrəsi ilə təsdiq edilmişdir.

Emissiya ediləcək səhmlərlə təsbit olunan hüquqlar aşağıdakılardan ibarətdir:

- Səhmdarların ümumi yığıncağında gündəliyə çıxarılan məsələlər üzrə səs vermək;

- Cəmiyyətin Nizamnaməsində nəzərdə tutulmuş hüquqlar;

- Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar.