Son illər
respublikamızda kənd təsərrüfatı sahəsində dövlət siyasəti və dəstəyi ilə orta
və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir kənd təssərüfatı
infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü işlər görülməkdədir.
Əsas məqsəd Azərbaycanda müasir standartlara və tələblərə cavab verən badamın
emalı prosesinin təşkil ediləcəyi zavodun inşa edilib, istifadəyə verilməsidir.
Zavodun işə düşməsi həm yerli bazarda badama olan tələbin tam şəkildə
ödənilməsi və növbəti mərhələdə badamdan hazırlanan fərqli məhsulların istehsal
edilib, ixrac edilməsi üçün nəzərdə tutulmuşdur.
İşlərin icra olunduğu ərazi Abşeron yarımadsında, Türkan üzümçülük
sovxozu ərazisində “AzBadam” MMC-yə məxsus olan torpaq sahəsidir. Hal-hazırda
“AzBadam” MMC ərazisində Badam Emalı Zavodun inşası nəzərdə tutulub.
Türkan
qəsəbəsində yerləşən “AzBadam” MMC-yə məxsus torpaq sahəsində inşa olunacaq
Badam Emalı Zavodun inşaat prosesində “Zəyəm Texnologiya Parkı” ASC tərəfindən
görüləcək aşağıdakı işlər sadalanıb:
İş prosesləri:
* Beton təməl işlərinin görülməsi
*
Metalkonstruksiyaların istehsalı və sahəyə çatdırılması
* Sahədə
quraşdırma işləri
Əsas
istehsal sahəsi:
* Badam
emalı zavodu (istehsalat sahəsi) 2688 m2 (259 ton)