“Zəyəm Texnologiyalar Parkı” Azərbaycanda iri tikinti layihələrinə cəlb olunur

“Zəyəm Texnologiyalar Parkı” Azərbaycanda iri tikinti layihələrinə cəlb olunur

  • Kateqoriya: ZTP
  • tarix 01-07-2021

“Azmade” şirkətlər qrupuna daxil olan “Zəyəm Texnologiyalar Parkı” ASC (ZTP) yerli istehsal müəssisəsi olaraq, Azərbaycanda ərsəyə gətirdiyi layihələrin siyahısını genişləndirməkdədir. Ölkədaxili iri tikinti-inşaat layihələri üçün metal konstruksiya istehsalı həyata keçirməklə bərabər, tikinti-quraşdırma işlərini də ZTP-nin mütəxəssisləri müffəqiyyətlə icra edir.

2021-ci ildə Azərbaycanda reallaşdırılan ən böyük layihələrdən olan “Foodcity Agropark” (Xudat Aqrokompleks) layihəsi üzrə 2500 ton metal konstruksiya istehsalı və yerində quraşdırılması, “A-Z Global Trading Netvvork” şirkəti ilə imzalanmış subpodrat müqaviləsi əsasında “Zəyəm Texnologiyalar Parkı” tərəfindən həyata keçirilir.  

Azərbaycandan Avropa, Rusiya və digər MDB ölkələrinə məhsul ixracını həyata keçirəcək nəhəng Aqrokompleks 12 hektar ərazidə, şimal sərhəd zonasına və dəmir yolları xəttinə yaxın məsafədə salınır, tərkibində iri logistika mərkəzi, soyuducu saxlanma anbarları və digər inzibati bina və sahələr yaradılır.

“Zəyəm Texnologiyalar Parkı” Xudat Aqrokompleks layihəsinin logistika mərkəzinin tikintisinə cəlb olunmuşdur və hazırda metal konstruksiya istehsalını, quraşdırılmasını sürətli templərlə davam etdirir. 24 272 m2 daxili ərazisi olan Logistika mərkəzinin eni  113 metr, uzunluğu 170 metr, hündürlüyü isə 14.5 metr-dən ibarətdir.

ZTP eyni zamanda sözügedən layihədə iştirakını genişləndirmək niyyətindədir və bu məqsədlə zavodun  istehsal imkanlarının optimallaşdırılmasını nəzərdən keçirir.